Proqramlaşdırmaya necə başladım və özümü necə inkişaf elətdirdim?
Bu postun ingiliscə tərcüməsi də vardır.
Giriş 2015ci ildə ADA univeristetində Komputer Mühəndisliyi üzrə bakalavr təhsilimə başlamışam. Mənim vaxtımda biz ilk programming kursuna Java ilə start verirdik. Professorum kodlarla “oynamağın”, praktika etməyin vacib olduğunu dəfələrlə vurğulasa da, buna əhəmiyyət vermirdim və buna görə də bəzi konseptləri tam anlamırdım. Nəzəriyyədə hər şeyi anlasam da, tətbiq etməyə gəldikdə necə irəliləmək lazım olduğunu bilmədiyim üçün çox tərəddüd edirdim.
İkinci semestrdə C-ni başqa bir professordan götürdüm və onun kurrikulumu eolymp-ə əsaslanırdı (həmçinin o bu platformun qurucularından biri idi): bizə mövzunu izah edər, və həll etməyimiz üçün öz websaytından məsələlər bölüşərdi. Ancaq kiçik bir problem var idi: bu kifayət deyildi, tapşırıqlar mənim üçün asan idi və onları çox tez bir zamanda həll edirdim. Daha çoxunu istəyirdim, amma əlbəttə ki, dərsi də sürətləndirə bilməzdim.