Necə iki saat ərzində təklif alıb, müsahibədən keçib, işə qəbul oldum
Giriş
Mən 2017-ci ildən Sumaks Technologies şirkətində intern kimi işə başladım. Orada ümumilikdə 3.5 il (intern, freelancer, part-time və universiteti bitirəndən sonra full-time) işlədim. Sumaks-da uzun müddət işlədikdən sonra, artıq öyrənmə limitimə çatdığımı anladım. Baxmayaq ki bu komanda mənə çox təcrübə qazandırdı, (buna görə Sumaks komandasına həmişə minnətdaram) artıq yeni “challenge” axtarmaq zamanı gəlmişdi. Fərqli yerlərə/vakansiyalara apply etsəm də, intervyulara girsəm də, tutarlı bir şey yox idi.
Əlavə kontekts üçün
Universitet vaxtından öyrətməyə meyilli olmuşam. Neçə fənn üzrə müəllim assistantı (əlavə dərs keçməkdən tutmuş, imtahan yoxlamağa qədər) olmuşam, həmçinin ADA Study Club-da “peer tutor” da olmuşam. İnsanlara yeni şeylər öyrətməyi sevdiyimdən, universitet bitəndən sonra belə müəllimlik fəaliyyətimi davam etdirmişəm. Fərdi qruplarım olub, pure Python, C/C++, Embedded üzrə tələbələrim olub. Dərslərin ortasında arada 5-10 dəqiqəlik istirahət boşluğu olanda, tələbələrlə səmimi söhbətlərim olub, ona görə bəziləri mənim planlarımı, marağımı və istiqamətimi bilirdi.
Kulminasiya
Günlərin bir günü, Sumaksda sakit günlərimizdən idi. Anidən mənə, Python üzrə dərs dediyim köhnə tələbərimdən biri (bundan sonra J deyə müraciət olunacaq) yazdı. Mesajlarım silinsə də, təxmini yazışmamız belə olmuşdu:
Nə qədər məni həvəsləndirsə də, yenə də, ümidsiz şəkildə Sumaksdan 1-2 saatlıq icazə alıb çıxdım (nəzərə alın ki, Djangonu özüm üçün öyrənməyə heç 3 ay deyildi başlamışdım). Öz-özümə: “gedək rejection alaq da, nə itiririk ki” deyib, yola düşdüm. Gedib ora çatdıqda, xoş qarşılandım. Rəhbərlə görüşə J də girdi. Rəhbər məndən bir neçə sual soruşdu, amma üzdən, ki, filan texnologiyaları bilirəm ya yox. Onlara birazacıq şişirdilmiş (bunsuz olmur ki :)) cavablar verdikdən sonra, rəhbər açıq aydın şəkildə mənə dedi:
⁃ J bizdə çoxdan işləyir və ona güvənirəm. Ona güvəndiyim üçün onun önərdiyi adama da tam güvənirəm, ona görə çox sorğulamağına ehtiyac yoxdur. Maaş istəyini də deyib mənə, uyğundur bizə. İnşallah nə vaxtdan bizimlə başlaya bilərsən?
Bu anda, türklər demiş, “ben şok, ben iptal”. Mən, iki saatın içində, iş təklifi alıb, maaş danışıb, intervyuya girib, iş qəbulu almışdım. Əlbəttə ki, iş təklifini qəbul etdim və Sumaksda işlərimi bitirib təhvil vermək üçün bir həftə əlavə vaxt istədim. Bir həftə sonra isə orada işə başladım.
Yeni Başlanğıc
İlk ayım gözlənildiyi kimi çox çətin keçdi, çünki həm Django həm də mövcud kod bazasını öyrənirdim. Həmçinin kiçik komanda mühitindən, böyük korperative mühitə keçmişdim. İlk həftə hər gün evə qayıdanda başım ağrayırdı. Amma üç il yarımlıq təcrübəm məni bütün texniki problemləri çözməyimə çox kömək etdi: Django öyrənməyi rahat bacardım, çünki, Sumaksdakı illərimdə yeni texnologiyanı öyrənməyi öyrənmişdim (özü də C-də işləyirdim əvvəl, Pythonda yeni nəsə öyrənməyə nə var ki 😁), kod bazasını da yavaş yavaş anladım, çünki, problemlərə yanaşmam formulam artıq var idi.
Əlbəttə ki, komandama da çox böyük təşəkkür düşür, onlar mən sürət yığana, öyrənib öyrəşənə qədər əsas tapşırıqları öz üzərinə götürürdülər. Product Owner-imiz də səbrli idi, mənim axına düşməyimə mümkün qədər şərait yaratdı. Bütün bunların sayəsində, artıq təxmini ikinci ayın sonunda, lead kimi lead ola bildim və komandamı irəli aparmağa başladım. Dördüncü ayımda intern belə verildi mənə.
Nəticə
Mən şansa çox inanıram. Bütün bunların baş verməyində şansımın çox olduğunu düşünürəm. Həyatdakı uğurunuzda, zəhmətdən çox şansın daha çox rol oynadığını düşünürəm (bunun haqqında video sonda). Bu o demək deyil ki, zəhmət çəkməməlisiniz. Əksinə zəhmət sizin uğur şansınızı artırır; hər hansı bir şans qapısı açılanda, indiyə qədər hazırlaşdığınızdan, o qapıdan içəri girə bilirsiniz (məs.: Starexdə işə başlamağım). Uğursuzluğunuz isə, nəyinizsə əksikdir anlamına gəlmir: sadəcə bəxtiniz gətirməyə bilər. Bunu bəhanə edib, inkişaf etməyin, zəhmət olmasa, əksinə, o qədər hazır olun ki, bəxtiniz gətirməmə ehtimalını sıfıra endirəsiniz!
Təcrübəsiz iş axtaran çox adam görmüşəm, iş tapdıqda ya deyir maaşı qane etmir, ya da ki başqa bəhanələr gətirir. İlk cəhdlərində uğurlu olmağa çalışırlar, halbuki bu biraz çətindir. Gərək çox bəxtli olasınız, amma buna da güvənmək əlbəttə olmaz, sizin kontrolunuzda deyil. Onun yerinə, əlinizə düşən, sizin inkişafınıza təkan verə biləcək şanslardan yararlanın və öz dəyərinizi artırın ki, növbəti şansda daha çox tələb edə biləsiniz. Mən Sumaksda 1 ilə yaxın pulsuz, ondan sonra da 1 il çox aşağı gəlirlə işləməyə başladım. Bu vecimə deyildi, çünki orada yüksək sürətlə inkişaf edib, təcrübə qazandım. Bütün bunların sayəsində Starexdə daha yüksək maaş istəyə bildim. Bu postu məhşur fraza ilə bitirirəm:
Extra: Vertasium: Is Success Luck or Hard Work? (Uğur Bəxtdir ya Zəhmət?)
Şərh edən Disqus